Azərbaycandakı kredit ittifaqlarının zərəri 9 dəfə azalıb

Azərbaycandakı kredit ittifaqlarının zərəri 9 dəfə azalıb Azərbaycandakı kredit ittifaqları bu ilin yanvar-sentyabr aylarını 0,1 milyon manat zərərlə başa vurub.
Maliyyə
203
27 Oktyabr , 2020 13:29
 Azərbaycandakı kredit ittifaqlarının zərəri 9 dəfə azalıb

Azərbaycandakı kredit ittifaqları bu ilin yanvar-sentyabr aylarını 0,1 milyon manat zərərlə başa vurub.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 9 dəfə azdır.

9 ay ərzində kredit ittifaqlarının gəlirləri 1,7 milyon manat (illik müqayisədə 5,6% az), xərcləri 0,7 milyon manat (7,5% az), xüsusi ehtiyatlara ayırmaları isə 0,1 milyon manat (9 dəfə az) təşkil edib.

Bu il oktyabrın 1-nə kredit ittifaqlarının aktivləri 15,5 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 2,5% azdır. Bunun 13,7 milyon manatı müştərilərə verilmiş xalis kreditlədir. Son 1 ildə sektorun kredit portfeli 4,2% kiçilib.

Hesabat dövründə kredit ittifaqlarının öhdəlikləri 4,9% azalaraq 5,8 milyon manata, balans kapitalı isə 1% azalaraq 9,7 milyon manata düşüb.

Son xəbərlər

Orphus sistemi