Azərbaycanda audit xidməti bahalaşıb
Maliyyə
- 29 aprel, 2021
- 11:50
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
2020-ci ildə Azərbaycanda fəaliyyət göstərən 55 sərbəst auditor və 116 auditor təşkilatı təsərrüfat subyektləri ilə 5 056 müqavilə imzalayıb.
“Report” xəbər verir ki, bu müqavilələrin ümumi dəyəri 77 milyon manat olub.
2019-cu illə müqayisədə müqavilələrin sayı 21,6% azalıb, dəyəri isə 5,3% artıb. Başqa sözlə, ölkədə audit xidməti bahalaşıb.
Bağlanmış müqavilələrdən 53,8 milyon manatlıq hissəsi və 4 103-ü yerinə yetirilib ki, bu da illik müqayisədə müvafiq olaraq 9,6% az və 21,2% çoxdur.
4 103 müqavilədən 2 198-i və yaxud 53,6%-i məcburi auditin, 1 905-i və yaxud 46,4%-i isə könüllü auditin subyekti olub. İl ərzində ölkə üzrə 4 512 məcburi audit subyektindən 2 198-i (48,7%) auditdən keçib.
Son xəbərlər
14:27
Foto
Azərbaycan və Belarusun üzgüçülük federasiyaları arasında memorandum imzalanıb
Fərdi14:14
Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib
Digər ölkələr13:58
BƏƏ sahillərində tankerə dron hücumundan sonra 22 hindistanlı dənizçi xilas edilib
Digər ölkələr13:43
Foto
Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub, 11 nəfər ölüb, 27 insan xəsarət alıb
Region13:31
Foto
III Beynəlxalq Xankəndi Ultramarafonunun qalibləri mükafatlandırılıb
Fərdi13:04
Video
Müdafiə Nazirliyi həftəlik icmalını yayıb
Hərbi12:59
Çempionlar Liqası: "Sabah" - "Slaviya" oyununu avstriyalı baş hakim idarə edəcək
Futbol12:40
Ukraynalı atlet: "Beynəlxalq Xankəndi Ultramarafonu əla təşkil olunub"
Fərdi12:22