Azərbaycan Sığortaçılar Assosiasiyasının üzvlərinin sayı artıb

Azərbaycan Sığortaçılar Assosiasiyasının üzvlərinin sayı artıb “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC Azərbaycan Sığortaçılar Assosiasiyasına (ASA) üzv olub.
Maliyyə
7 Fevral , 2022 11:14
Azərbaycan Sığortaçılar Assosiasiyasının üzvlərinin sayı artıb

“Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC Azərbaycan Sığortaçılar Assosiasiyasına (ASA) üzv olub.

ASA-dan "Report"a verilən məlumata görə, “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC tərəfindən Assosiasiyaya üzvlüklə bağlı rəsmi müraciət daxil olub.

Bildirilir ki, müvafiq müraciətə Azərbaycan Sığortaçılar Assosiasiyasının Müşahidə Şurasının 2021-ci ilin yekunlarına həsr olunmuş toplantısında baxılaraq, şirkətin ASA-ya üzv olması ilə bağlı qərar qəbul edilib.

Bununla da ölkədə fəaliyyət göstərən bütün sığorta şirkətləri Azərbaycan Sığortaçılar Assosiasiyasının üzvü oldu və ASA-nın üzvlərinin sayı 21-ə çatdı.

Qeyd edək ki, hazırda Azərbaycanda 14 qeyri-həyat, 5 həyat, 1 aqrar və 1 təkrarsığorta şirkəti fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi