Azərbaycan Metrologiya İnstitutunun mənfəəti kəskin azalıb

Maliyyə
  • 10 oktyabr, 2022
  • 11:42
Azərbaycan Metrologiya İnstitutunun mənfəəti kəskin azalıb

Azərbaycan Metrologiya İnstitutu (AMİ) 2021-ci ili 2 min manat xalis mənfəətlə başa vurub.

“Report” qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2020-ci illə müqayisədə təxminən 135 dəfə azdır.

Ötən il AMİ-nin əsas əməliyyat (satışdan) gəlirləri 2,917 milyon manat (əvvəlki ilə nisbətən 40,3 % çox), satışının maya dəyəri 3,038 milyon manat (48,1 % çox), maliyyə gəlirləri 232 min manat (dəyişməyib), inzibati xərcləri 109 min manat (5,2 dəfə çox), mənfəət vergisi ödəmələri isə 1 min manat (3,6 dəfə az) təşkil edib.

Bu il yanvarın 1-nə AMİ-nin aktivləri 5,299 milyon manat olub ki, bu da illik müqayisədə 11,4 % çoxdur. Hesabat dövründə İnstitutun öhdəlikləri təxminən 17 dəfə artaraq 118 min manata, balans kapitalı isə 9,1 % artaraq 5,181 milyon manata çatıb.

Xatırladaq ki, AMİ ölkə prezidentinin 10 fevral 2017-ci il tarixli, “Standartlaşdırma, metrologiya, akkreditasiya və patent hüququ obyektlərinin mühafizəsi sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” fərmanına əsasən ləğv edilmiş Dövlət Metrologiya Xidmətinin bazasında yaradılıb. Onun nizamnamə kapitalı 3,122 milyon manatdır.

44 filmi