"Kür"ün kapitanı: "Cavab oyunumuz çətin keçəcək"

Komanda
  • 23 oktyabr, 2026
  • 18:44
Kürün kapitanı: Cavab oyunumuz çətin keçəcək

Həndbol üzrə kişilərdən ibarət "Kür" komandasının Bosniya və Herseqovina təmsilçisi "MRK Sloga Doboj"la cavab matçı çətin keçəcək.

"Report"un Mingəçevirə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Azərbaycan klubunun kapitanı Ramazan Muradov jurnalistlərə açıqlamasında bildirib.

O, komandasının "MRK Sloga Doboj"a məğlub olduğu (16:38) EHF Avropa Kubokunun II təsnifat mərhələsinin ilk oyunundan sonra fikirlərini bölüşüb:

"Öz komandama təşəkkür edirəm. Düzdür, oyun istədiyimiz kimi alınmadı, amma düşünürəm ki, belə güclü rəqibə qarşı yaxşı mübarizə apardıq. Bu mövsüm ilk oyunumuz idi və hələ oyun təcrübəmiz azdır. Qarşılaşma zamanı müəyyən səhvlərə yol verdik, lakin səhvsiz matç olmur. Cavab görüşündə bu səhvləri aradan qaldıraraq daha yaxşı oyun göstərməyə çalışacağıq. Cavab qarşılaşmasının da çətin keçəcəyini düşünürəm. Çünki rəqibimiz bizdən əvvəl böyük klublarla qarşılaşıb və bu təcrübə onlar üçün üstünlükdür".

Qeyd edək ki, tərəflər arasında cavab oyunu oktyabrın 24-də "Kür" Olimpiya Tədris-İdman Mərkəzində baş tutacaq.

44 filmi