Gürcüstan və Qazaxıstan strateji tərəfdaşlığın möhkəmləndirilməsini müzakirə edib
- 23 oktyabr, 2026
- 18:44
Yeniliklərdən dərhal xəbərdar olun!
Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili qazaxıstanlı həmkarı Muxtar Tleuberdi ilə Batumidə strateji tərəfdaşlığın möhkəmləndirilməsini və ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib.
"Report" xəbər verir ki, Boçorişvili bu barədə "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.
"Qazaxıstanın xarici işlər nazirini Batumidə salamlamaqdan məmnunam. Biz strateji tərəfdaşlığımızın möhkəmləndirilməsi, ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi və Gürcüstanla Qazaxıstan arasında sıx əlaqələrin daha da inkişaf etdirilməsi üçün yeni imkanların axtarılması barədə məhsuldar müzakirə apardıq", - Boçorişvili bildirib.
Qeyd edək ki, danışıqlar Batumidə Gürcüstan və Mərkəzi Asiya ölkələrinin XİN rəhbərlərinin çoxtərəfli görüşü çərçivəsində baş tutub.