Milli Depozit Mərkəzi Mərkəzi Depozitarların Dünya Forumunda iştirak edib

Milli Depozit Mərkəzi Mərkəzi Depozitarların Dünya Forumunda iştirak edib Avrasiya Mərkəzi Depozitarlar Assosiasiyası (AECSD), Avropa Mərkəzi Depozitarlar Assosiasiyası (ECSDA), Asiya Mərkəzi Depozitarlar Assosiasiyası (ACG), Afrika və Yaxın Şərq Depozitarlar Assosiasiyası (AMEDA) və Amerika Mərkəzi Depozitarlar Assosiasiyasını
Maliyyə
2 İyun , 2022 15:31
Milli Depozit Mərkəzi Mərkəzi Depozitarların Dünya Forumunda iştirak edib

Avrasiya Mərkəzi Depozitarlar Assosiasiyası (AECSD), Avropa Mərkəzi Depozitarlar Assosiasiyası (ECSDA), Asiya Mərkəzi Depozitarlar Assosiasiyası (ACG), Afrika və Yaxın Şərq Depozitarlar Assosiasiyası (AMEDA) və Amerika Mərkəzi Depozitarlar Assosiasiyasının (ACSDA) birgə təşkilatçılığı ilə video konfrans formatında Mərkəzi Depozitarların Dünya Forumu keçirilib.

“Report” xəbər verir ki, bu barədə Milli Depozit Mərkəzi (MDM) məlumat yayıb.

Məlumata görə, 3 gün davam etmiş tədbirdə müxtəlif ölkələrdən maliyyə bazarları sahəsində 78 peşəkar ekspert çıxış edib. Forumda maliyyə qurumlarının nümayəndələri, o cümlədən MDM-in əməkdaşları iştirak ediblər.

Forumda, kapital bazarları sahəsinin davamlı inkişafında Mərkəzi Depozitarların rolu, kiber davamlılıq, əqdlər üzrə hesablaşma periodları, depozitar xidmətlər üzrə yeni texnologiyaların tədbiqi və digər mövzular ətraflı müzakirə edilib, müvafiq məsələlər üzrə fikir mübadiləsi aparılıb və ekpertlərə ünvanlanmış suallar cavablandırıb.

Mərkəzi Depozitarların Dünya Forumu regional mərkəzi depozitarlara kapital bazarları üzrə məlumat mübadiləsi, regionlararası və qlobal səviyədə əlaqələrin qurmaq üçün platforma təqdim edir.

Son xəbərlər

Orphus sistemi