Azərbaycan Dövlət Təcrümə Mərkəzi (Mərkəz) 2020-ci ili cəmi 221 manat zərərlə başa vurub.
“Report” qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2019-cu illə müqayisədə təxminən 475 dəfə azdır.
Ötən il Mərkəzə dövlət büdcəsindən əvvəlki illə müqayisədə 10,6 % çox – 2,007 milyon manat vəsait ayrılıb, qurumun əməliyyat gəlirləri isə 18 min manat (təxminən 27 % az) təşkil edib.
Mərkəzin xərclərinə gəlincə isə, hesabat dövründə işçi heyətinə 1,342 milyon manat (11,65 % çox), amortizasiyaya 116 min manat (4,15 % çox), əməliyyatlara isə 567 min manat (10,2 % az) xərc çəkilib.
Bu il yanvarın 1-nə Mərkəzin aktivləri 1,77 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 0,1 % çoxdur. Hesabat dövründə qurumun 0,001 milyon manatlıq öhdəlikləri formalaşıb, balans kapitalı isə 0,1 % artaraq 1,769 milyon manata çatıb.
Xatırladaq ki, Mərkəz ölkə Prezidentinin 23 may 2012-ci il tarixli sərəncamı ilə yaradılıb. Onun nizamnamə kapitalı 2,04 milyon manatdır. Qurumun fəaliyyətinin məqsədi dövlət dilindən düzgün istifadə, tərcümə işinin mərkəzləşdirilmiş qaydada təşkili və tənzimlənməsi, Azərbaycan ədəbiyyatının beynəlxalq aləmdə, xarici ədəbiyyatın Azərbaycanda tanıdılması və təbliğindən ibarətdir.