Azərbaycan BOKT-larının xalis mənfəəti 29% azalıb

Azərbaycan BOKT-larının xalis mənfəəti 29% azalıb Azərbaycandakı bank olmayan kredit təşkilatları (BOKT) bu ilin yanvar-sentyabr aylarını 10,5 milyon manat xalis mənfəətlə başa vurub.
Maliyyə
189
27 Oktyabr , 2020 13:15
Azərbaycan BOKT-larının xalis mənfəəti 29% azalıb

Azərbaycandakı bank olmayan kredit təşkilatları (BOKT) bu ilin yanvar-sentyabr aylarını 10,5 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 28,6% azdır.

9 ay ərzində BOKT-ların gəlirləri 60,2 milyon manat (illik müqayisədə 20,4% çox), xərcləri 38,9 milyon manat (8,1% çox), xüsusi ehtiyatlara ayırmaları 8,1 milyon manat (1 il bundan əvvəl qənaət ediblər), mənfəət vergisi ödəmələri isə 2,7 milyon manat (92,9% çox) təşkil edib.

Bu il oktyabrın 1-nə BOKT-ların aktivləri 331,5 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 5,4% çoxdur. Bunun 235,2 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə sektorun kredit portfeli 6,6% böyüyüb.

Hesabat dövründə BOKT-ların öhdəlikləri 1,75% azalaraq 185,3 milyon manata düşüb, balans kapitalı isə 16,2% artaraq 146,2 milyon manata çatıb.

Son xəbərlər

Orphus sistemi