“Azərbaycan Beynəlxalq Bankı”nın dividend ödənişi üzrə proqnoz 50 % artırılır

“Azərbaycan Beynəlxalq Bankı”nın dividend ödənişi üzrə proqnoz 50 % artırılır “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) 2024-cü ildə dövlət büdcəsinə 150 milyon manat divident ödəməsi nəzərdə tutulur.
Maliyyə
3 Noyabr , 2023 14:05
“Azərbaycan Beynəlxalq Bankı”nın dividend ödənişi üzrə proqnoz 50 % artırılır

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) 2024-cü ildə dövlət büdcəsinə 150 milyon manat dividend ödəməsi nəzərdə tutulur.

“Report” xəbər verir ki, bu barədə Hesablama Palatasının "2024-cü il dövlət büdcəsi haqqında" qanun layihəsinə verdiyi rəydə bildirilir.

Sənədə əsasən, bu, 2023-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 50 % çoxdur.

Rəydə həmçinin deyilir ki, bu ilin yanvar-avqust aylarında ABB 150,9 milyon manat dividend ödəyib və proqnozu 150 % icra edib.

Xatırladaq ki, ABB 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 milyard 225,648 milyon manatdır. Bankın səhmlərinin 92,56 %-i Maliyyə Nazirliyinə, 3,81%-i İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, 0,23%-i “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatına (BOKT), 3,4 %-i isə fiziki və hüquqi şəxslərə məxsusdur.

Son xəbərlər

Orphus sistemi