Azərbaycan bank sektorunda iqlim riskləri ilə bağlı qiymətləndirmə aparıb

Azərbaycan bank sektorunda iqlim riskləri ilə bağlı qiymətləndirmə aparıb Azərbaycan bank sektorunda iqlim riskləri ilə bağlı ilkin monitorinq (qiymətləndirilmə) aparılıb.
Maliyyə
24 Sentyabr , 2024 11:16
Azərbaycan bank sektorunda iqlim riskləri ilə bağlı qiymətləndirmə aparıb
Şahin Mahmudzadə

Azərbaycan bank sektorunda iqlim riskləri ilə bağlı ilkin monitorinq (qiymətləndirilmə) aparılıb.

Bunu "Report"a açıqlamasında Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Şahin Mahmudzadə bildirib.

"Ümumilikdə AMB bununla bağlı ayrıca layihələrin icrasına başlayıb. Beynəlxalq Valyuta Fondu ilə birlikdə icra edilən 2 layihənin biri data ilə, digəri isə stress-test qiymətləndirməsi ilə bağlıdır. Çünki stress-test aparmaq üçün ilkin olaraq data lazımdır. Hazırda bizim kimi inkişaf etməkdə olan ölkələrdə data problemi var və həll edilməlidir. Sonra digər məsələlər gəlir. Bu, yeni sahədir. Hazırda bununla bağlı banklarımızda tutumun artırılması prosesi gedir. Bu da bizim prioritetlərimizdən biridir. Ancaq bu sahədə ölkədə ekspertlər azdır, çünki yeni sahədir. Bunun üçün də bir az zaman lazımdır. Banklara buna hazırlaşmağa müəyyən vaxt lazımdır. Banklara həm daxili sistemlərini, həm də öz komandalarımı inkişaf etdirməyə vaxt lazımdır",- deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi