AMB "Prior Leasing" və "Kredit Evi"ni inzibati məsuliyyətə cəlb edib
Maliyyə
- 10 sentyabr, 2024
- 13:58
Azərbaycan Mərkəzi Bankı (AMB) lizinq fəaliyyəti ilə məşğul olan "Prior Leasing" və lombard fəaliyyəti ilə məşğul olan "Kredit Evi" ASC-ləri, eləcə də onların vəzifəli şəxslərini inzibati məsuliyyətə cəlb edib.
"Report" bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, qurumun apardığı tematik yoxlama çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci və 598.1.2-ci maddələrinə əsasən, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin qərarı ilə "Prior Leasing" və "Kredit Evi" hər biri 50 min manat, onların vəzifəli şəxsləri isə hər biri 10 min manat cərimələnib.
Son xəbərlər
09:19
İranda avtobus aşıb, 13 nəfər ölüb, 11-i xəsarət alıb
Region09:17
Masazırın bəzi ərazilərində işıq olmayacaq
Energetika09:10
FIBA Çempionlar Liqası: "Sabah" Berlində "Alba" ilə qarşılaşacaq
Komanda09:07
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (16.12.2025)
Maliyyə09:01
Azərbaycan XİN Qazaxıstanı Milli Günü münasibətilə təbrik edib
Xarici siyasət08:54
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (16.12.2025)
Maliyyə08:52
Avstraliya polisinin hücumçuların terrorçularla əlaqəli olmalarına dair heç bir dəlili yoxdur
Digər ölkələr08:41
Tovuzda erkən nikahın qarşısı alınıb
Hadisə08:30