ABŞ-ın bank sektorunun mənfəəti 36 %-dən çox azalıb

ABŞ-ın bank sektorunun mənfəəti 36 %-dən çox azalıb Bank sektoru gələcək potensial zərərləri azalda biləcək güclü kapital və likvidlik səviyyələrini qoruyur
Maliyyə
24 Fevral , 2021 09:42
ABŞ-ın bank sektorunun mənfəəti 36 %-dən çox azalıb

Ötən il ABŞ-ın bank sektorunun mənfəəti koronavirus pandemiyasının təsiri ilə 2019-cu illə müqayisədə 36,5 % azalaraq 147,9 milyard ABŞ dollaradək geriləyib.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ Federal Əmanət Sığortası Korporasiyasının (FDIC) hesabatında bildirilib.

Sənədə əsasən, ölkənin 5 min 1 bankının və əmanət təşkilatlarının xalis mənfəəti ötən ilin IV rübündə illik müqayisədə 9,1 % artaraq 59,9 milyard ABŞ dollara yüksəlib.

“Mənfəət nisbətinin düşməsinə baxmayaraq banklar epidemiyanın ortasından etibarən dayanıqlı olduqlarını sübut edib. iqtisadi qeyri-müəyyənliklərin aşağı faiz mühiti ilə birlikdə bank sektorunu gərginləşdirməyə davam edəcək və gəlir ilə xalis faiz marjası üzərində mənfi təzyiq yaradacaq. Ancaq bank sektoru gələcək potensial zərərləri azalda biləcək güclü kapital və likvidlik səviyyələrini qoruyur”.

Son xəbərlər

Orphus sistemi