Azərbaycanda 2024-cü ildə ən çox vergi ödəyən hüquqi şəxslərin siyahısı açıqlanıb

Azərbaycanda 2024-cü ildə ən çox vergi ödəyən hüquqi şəxslərin siyahısı açıqlanıb 2024-cü ildə Azərbaycanda ən çox vergi ödəyən hüquqi şəxslərin siyahısı açıqlanıb.
Maliyyə
14 fevral 2025 11:28
Azərbaycanda 2024-cü ildə ən çox vergi ödəyən hüquqi şəxslərin siyahısı açıqlanıb

2024-cü ildə Azərbaycanda ən çox vergi ödəyən hüquqi şəxslərin siyahısı açıqlanıb.

“Report” İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə (DVX) istinadən xəbər verir ki, vergi orqanları tərəfindən şəffaflaşmanın, vergi intizamının və sosial məsuliyyətin artırılması istiqamətində aparılan islahatlar dövlət və özəl sektor arasında qarşılıqlı etimadın yüksəlməsini təmin edir. Sahibkarların vergi öhdəliklərinə könüllü əməletmə səviyyəsini artıran bu addımlar biznes mühitində məzmunca yeni mərhələyə keçidi sürətləndirir.

DVX 2024-cü ildə ən çox vergi ödəyən və bu məlumatın ictimaiyyətə təqdim edilməsinə razılıq verən vergi ödəyicilərinin adlarını açıqlayır.

Bu siyahıda Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyi başçılıq edir. Ötən il İstehsalat Birliyi dövlət büdcəsinə 1 milyard 495,1 milyon manat vəsait köçürüb.

İkinci yerdə "Tabaterra” MMC-i qərarlaşıb. Tütün istehsalı şirkətinin ötən il vergi ödənişləri 689,3 milyon manat təşkil edib.

İlk üçlüyü “BP Eksploreyşn (Azərbaycan) Limited” şirkətinin Azərbaycandəkı nümayəndəliyi qapadır. Böyük Britaniya şirkəti ötən il ərzində 664,3 milyon manat vergi ödəyib.

Azərbaycanda ən çox vergi ödəyən hüquqi şəxslərin siyahısında sonrakı yerləri "LukOİL Oversiz Şah Deniz LTD” şirkəti (524,6 milyon manat), Türkiyənin “Turkish Petroleum Overseas Company LTD” şirkətinin Azərbaycan Nümayəndəliyi (422,7 milyon manat), “Sauf Kokazus Payplayn Kompani LTD” şirkətinin Azərbaycan Nümayəndəliyi (292 milyon manat), “BP Eksploreyşn (Kaspian Sİ) Limited” Şirkətinin Azərbaycan Nümayəndəliyi (268,9 milyon manat), “Azərbaycan (EYSC) Limited” şirkətinin Azərbaycan Nümayəndəliyi (188 milyon manat), “Kapital Bank” ASC (170,6 milyon manat), SOCAR Heydər Əliyev adına Neft Emalı Zavodu (133 milyon manat) və s. tuturlar.

Tam siyahı ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:

https://www.taxes.gov.az/az/page/gelecek-strategiyalarplanlar

Son xəbərlər

Orphus sistemi