"Sərhədçi"nin baş məşqçisi: "Mövsümün ikinci yarısına yaxşı başlamaq istəyirik"

"Sərhədçi"nin baş məşqçisi: "Mövsümün ikinci yarısına yaxşı başlamaq istəyirik" "Ölkə kubokunadək komandanı güclü səviyyəyə çatdıracağıq"
Komanda
4 yanvar 2024 13:28
Sərhədçinin baş məşqçisi: Mövsümün ikinci yarısına yaxşı başlamaq istəyirik

"Yeni oyunçuların uyğunlaşma prosesini tez keçib liqanın ikinci yarısına sürətli və yaxşı başlamaq istəyirik".

"Report"un məlumatına görə, bunu “Sərhədçi” basketbol komandasının baş məşqçisi təyin olunan Evren Alkaya deyib.

Türkiyəli mütəxəssis üç yeni transfer etdiklərini xatırladıb: “Sərhədçi” dəyərli klubdur. Mövsümün əvvəlindən izləyirəm, çox sevdiyim kollektivdir. Sadəcə, bu il istədikləri nəticələri qazana bilmədilər. Həm mövsümə gec başladılar, həm də hərbi xidmətdə olan oyunçulara görə müəyyən çətinliklər yaşandı. Artıq sıra bizdədir. Ölkə kubokuna qədər komandanı güclü səviyyəyə çatdıracağıq".

Qeyd edək ki, Evren Alkaya həm də qadınlardan ibarət Azərbaycan millisinin baş məşqçisidir. “Sərhədçi” Azərbaycan Basketbol Liqasında 9 oyundan sonra 11 xalla 9-cu pillədə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi