EEVZA: Azərbaycanın U-20 millisi ilk oyunda məğlub olub
Komanda
- 03 yanvar, 2024
- 11:23
20 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Litvanın Şaulyay şəhərində keçirilən Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında ilk oyununa çıxıb.
"Report" xəbər verir ki, Şahin Çatmanın baş məşqçisi olduğu kollektiv Estoniya yığması ilə üz-üzə gəlib.
Qarşılaşma millimizin 0:3 (10:25, 15:25, 22:25) hesablı məğlubiyyəti ilə bitib.
U-20 növbəti günlərdə Latviya, Ukrayna və Polşa ilə də görüşəcək.
Qeyd edək ki, yanvarın 7-dək davam edəcək yarış AVRO-2024-ə seçmə xarakter daşıyır. Reqlamentə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.
Son xəbərlər
21:10
Foto
Azərbaycanın çimərlik voleybolçuları bürünc medal qazanıblar
Komanda21:04
İndoneziyada yük maşını ilə pikapın toqquşması nəticəsində 11 nəfər ölüb
Digər ölkələr20:59
Müşfiqabadda açıq sahədə yanğın baş verib
Hadisə20:52
Kürdəmirdə magistral su boru xətti partlayıb, 6 kənd susuz qalıb
Hadisə20:42
Azərbaycanın qızlardan ibarət basketbol millisi İsveçrə ilə qarşılaşıb
Komanda20:39
Şəmkirdə qadını elektrik cərəyanı vuraraq öldürüb
Hadisə20:21
Bəndər Abbas limanı və Qeşm adasında bir neçə partlayış səsi eşidilib
Region20:11
Həkim: Xəstələrin sözlərinə görə, yasda qidalandıqdan sonra halları pisləşib
Hadisə19:59