Azərbaycanın çimərlik voleybolu millisi beynəlxalq turnirdə çıxışını başa vurub

Azərbaycanın çimərlik voleybolu millisi beynəlxalq turnirdə çıxışını başa vurub Azərbaycanın çimərlik voleybolu üzrə milli komandası beynəlxalq yarışda çıxışını başa vurub.
Komanda
24 İyun , 2024 20:25
Azərbaycanın çimərlik voleybolu millisi beynəlxalq turnirdə çıxışını başa vurub

Azərbaycanın çimərlik voleybolu millisi beynəlxalq turnirdə çıxışını başa vurub.

"Report" xəbər verir ki, iyunun 21-dən 23-dək Türkiyənin İstanbul şəhərində təşkil olunan “Bioderma Pro Beach Tour” açıq çempionatında ölkəmizi 3 qadın (Çinarə Quliyeva-Larisa Smeltsova, Fidan Əhmədxanova-Nərmin Səmədzadə, Lizi Latsabidze-Səbinə Əlizadə) və 2 kişi komandası (Vadim Kutukov-Heydər Məmmədli, Akşin Ağazadə-Fərda Dünyayev ) təmsil edib.

Qadınların mübarizəsində Çinarə Quliyeva-Larisa Smeltsova cütluyü uğurlu çıxışla yadda qalıb. Üç görüşdə qalib gələn təmsilçilərimiz turnirdə 5-ci yeri tutublar. Voleybolçularımız reytinq xalları ilə yanaşı, pul mükafatı da qazanıblar.

Qeyd edək ki, yarışda 23 qadın və 30 kişi komandası iştirak edib.

Son xəbərlər

Orphus sistemi