Azərbaycan millisi Avropa Qızıl Liqasına hazırlığı ölkə xaricində davam etdirəcək
Komanda
- 09 may, 2025
- 12:27
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Qızıl Liqasına hazırlığı ölkə xaricində davam etdirəcək.
Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən "Report"a verilən məlumata görə, komanda bu gün Sloveniyaya yola düşüb.
Yığma burada mayın 9-dan 17-nə kimi təlim-məşq toplanışında olacaq. Daha sonra voleybolçular Yunanıstana yollanacaqlar. Bu ölkədəki hazırlıq prosesi isə mayın 24-dək davam edəcək. Toplanışlarda millinin yoxlama oyunları keçirməsi də nəzərdə tutulur. Komandanın yekun heyəti təlim-məşq toplanışlarından sonra müəyyənləşəcək.
Qeyd edək ki, yığma ilk oyunlarını Bakıda keçirəcək. Mayın 30-da və iyunun 1-də baş tutacaq bu görüşlərdə rəqiblər Macarıstan və Sloveniya komandaları olacaq.
Son xəbərlər
01:17
Koronavirusla əlaqəli zülalın damarları qoruduğu məlum olub
Sağlamlıq00:48
Türkiyə parlamenti 2026-cı ilin dövlət büdcəsini qəbul edib
Region00:22
Uitkoff: ABŞ Ukraynanın iştirakı ilə Floridada keçirilən danışıqları konstruktiv hesab edir
Digər ölkələr00:20
Maduro Venesuela neftini daşıyan tankerlərə edilən hücumları pisləyib
Digər ölkələr00:00
Bu gün Amnistiya aktının icrasına başlanacaq
Daxili siyasət23:45
Mingəçevirdə baş verən qəzada xəsarət alanların kimlikləri bəlli olub - YENİLƏNİB
Hadisə23:09
Video
Xırdalanda üç nəfər dəm qazından zəhərlənib
Hadisə22:59
Hasset: ABŞ istehsalı olmayan mallar üçün rüsumlar ləğv edilə bilər
Digər ölkələr22:37