Azərbaycan idmançılarının Yay Olimpiya Oyunlarına yolasalma mərasimi keçirilib

Azərbaycan idmançılarının Yay Olimpiya Oyunlarına yolasalma mərasimi keçirilib Azərbaycan idmançılarının Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarına təntənəli yola salınma mərasimi olub.
Komanda
17 İyul , 2024 19:47
Azərbaycan idmançılarının Yay Olimpiya Oyunlarına yolasalma mərasimi keçirilib

Azərbaycan idmançılarının Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarına təntənəli yolasalma mərasimi keçirilib.

"Report"un məlumatına görə, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Milli Gimnastika Arenasında təşkil olunan tədbirdə azarkeşlər, idmançıların yaxınları, müxtəlif federasiyaların rəsmiləri, nazirliyin əməkdaşları və digər şəxslər iştirak ediblər.

Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsindən sonra start götürüb.

Yolasalma mərasimində iştirak edən gənclər və idman naziri Fərid Qayıbov idmançılara uğurlar arzulayıb.

O, yarış iştirakçılarının olimpiadaya ciddi hazırlaşdığını söyləyib.

Qeyd edək ki, iyulun 26-dan avqustun 11-dək Parisdə keçiriləcək XXXIII Yay Olimpiya Oyunlarında 48 idmançı 15 idman növü üzrə 17 proqramda Azərbaycanı təmsil edəcək.

FOTO: Samirə Həsənova

Son xəbərlər

Orphus sistemi