BSTDB-nin Azərbaycandakı layihələr üzrə ödənişləri 720 milyon avronu ötüb
- 18 noyabr, 2026
- 08:31
Yeniliklərdən dərhal xəbərdar olun!
Qaradəniz Ticarət və İnkişaf Bankının (BSTDB) cari ilin 31 oktyabr tarixinədək Azərbaycanda ümumi məbləği 457,8 milyon avro olan 47 layihənin maliyyələşdirilməsi üzrə sazişlər imzalayıb.
"Report" BSTDB-ə istinadən xəbər verir ki, 45 əməliyyat çərçivəsində maliyyələşdirməyə yönəldilən vəsaitlərin faktiki həcmi 722,8 milyon avro təşkil edib.
Bununla yanaşı, BSTDB-in Direktorlar Şurası oktyabr ayının sonuna qədər Azərbaycanda ümumi məbləği 461 milyon avro olan layihələri təsdiq edib.
Bankın hesabatına əsasən, Azərbaycanda imzalanmış layihələr portfelində ən böyük pay maliyyə sektorunun üzərinə düşür - 50,25%. Enerji layihələrinin payı 35,25%, daşınmaz əmlak sektorunun payı isə 6,92% təşkil edir. Zəruri istehlak malları ilə bağlı layihələrin payı 3,92%, dövri tələbat mallarının payı isə 3,66% təşkil edib.
BSTDB-in Azərbaycandakı iri layihələri sırasında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 75 milyon ABŞ dolları məbləğində maliyyələşdirilməsi, "Bank Respublika" üçün 25 milyon manat məbləğində kredit xətləri, həmçinin "Unibank" vasitəsilə 7 milyon ABŞ dolları və "Azər-Türk Bank" vasitəsilə 5 milyon ABŞ dolları məbləğində maliyyə sektorunun dəstəklənməsi vurğulana bilər.