Çin Ümumdünya Ticarət Təşkilatında islahatların tərəfdarıdır

Digər ölkələr
  • 18 noyabr, 2026
  • 08:50
Çin Ümumdünya Ticarət Təşkilatında islahatların tərəfdarıdır
Si Cinpin

Çin Ümumdünya Ticarət Təşkilatında (ÜTT) islahatların aparılmasını dəstəkləyir.

"Report" xəbər verir ki, bunu Çin Sədri Si Cinpin Şençjendə Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) Biznes Sammitində çıxışı zamanı bildirib.

"Çin birtərəfli addımlara və proteksionizmə qarşı çıxıb və çoxtərəfli ticarət sisteminin qorunmasına, ÜTT qaydalarına riayət olunmasına, eləcə də bu təşkilatda islahatların təşviqinə yönəlmiş həqiqi çoxtərəfli əməkdaşlıq prinsiplərinə sadiqdir", - deyə o bildirib.

Onun sözlərinə görə, dünya iqtisadiyyatında artımı stimullaşdıran amillər çatışmır.

"Dünya iqtisadiyyatında artım üçün stimullar çatışmır. Birtərəfli yanaşmalar və proteksionizm geniş yayılıb", – deyə Si Cinpin vurğulayıb.