FIBA Avropa Kuboku: "LANDAU Lİons" "Previdza" ilə qarşılaşacaq

Komanda
  • 18 noyabr, 2026
  • 09:11
FIBA Avropa Kuboku: LANDAU Lİons Previdza ilə qarşılaşacaq

Azərbaycanın "LANDAU Lions" basketbol klubu bu gün FIBA Avropa Kubokunda növbəti matçına çıxacaq.

"Report"un məlumatına görə, Erhan Tokerin baş məşqçi olduğu komanda VII tur çərçivəsində Slovakiya təmsilçisi "Prievidza" ilə qarşılaşacaq.

G qrupunun matçı Bakı İdman Sarayında saat 19:00-da start götürəcək.

Xatırladaq ki, qrupda daha əvvəl keçirdiyi 6 görüşün cəmi birində qələbə qazanmağı bacaran "LANDAU Lions" 7 xalla sonuncu - 6-cı pillədə qərarlaşıb.