Azərbaycan çövkən millisinin üzvü: "III MDB Oyunlarına yaxşı hazırlaşmışıq"
Komanda
- 30 sentyabr, 2025
- 15:50
Azərbaycan çövkən millisi III MDB Oyunlarına yaxşı hazırlaşıb.
"Report"un Şəkiyə ezam olunan əməkdaşının məlumatına görə, bunu yığma üzvü Vahid Məmmədov jurnalistlərə açıqlamasında deyib.
İdmançı daim öz üzərlərində işlədiklərini vurğulayıb:
"Küveytlə oyunun çətin keçəcəyini gözləyirdik və belə də oldu. Yaxşı və ciddi hazırlaşmışdıq. Daim həm öz üzərimizdə, həm də atlarla işləyirik. Ona görə də qələbə qazandıq".
O, çempionluq şanslarını dəyərləndirib:
"Hələ ki, yaxşı davam edirik. Həm özümüzə, həm də atlarımıza inanırıq. Ümid edirəm ki, çempionluq bizim olacaq".
Qeyd edək ki, yer aldığı A qrupunda bu gün Küveyti 5:0 hesabı ilə məğlub edən Azərbaycan millisi yarımfinala yüksəlib. Çövkən yarışına oktyabrın 7-də yekun vurulacaq.
Son xəbərlər
18:20
Abbas Əraqçi Bakıya yola düşüb
Xarici siyasət18:07
Foto
Süni intellekt bütün dünyada uşaqların təhsilini, oyunlarını və psixologiyasını necə dəyişdirir
İKT17:48
"Şamaxı"nın məşqçisi: "Karvan-Yevlax" "Qarabağ"a və bizə qarşı fərqli oyunlar sərgilədi"
Futbol17:45
Netanyahu ilin sonunadək Trampla görüşmək niyyətindədir
Digər ölkələr17:42
Merts: Almaniya həmişə İsrailin təhlükəsizliyini müdafiə edəcək
Digər ölkələr17:36
Tailand Kamboca ilə sərhəddə toqquşmalardan sonra sakinləri təxliyə edir
Digər ölkələr17:17
Zelenski: Rusiya bir həftədə Ukraynaya 1 600-dən çox dron və 70 raket atıb
Digər ölkələr17:07
Foto
Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə uşaq evini ziyarət ediblər
Sosial müdafiə17:06