Azərbaycan Basketbol Liqasında VII tura bu gün start veriləcək

Azərbaycan Basketbol Liqasında VII tura bu gün start veriləcək Azərbaycan Basketbol Liqasında VII tura bu gün start veriləcək.
Komanda
17 dekabr 2024 05:16
Azərbaycan Basketbol Liqasında VII tura bu gün start veriləcək

Azərbaycan Basketbol Liqasında VII tura bu gün start veriləcək.

"Report"un məlumatına görə, əvvəlcə NTD "Naxçıvan"la üz-üzə gələcək.

Qarşılaşma saat 16:00-da başlayacaq. "Sabah" - "Neftçi" görüşü isə saat 20:00-da start götürəcək. A qrupunun hər iki oyunu "Sərhədçi" İdman Mərkəzində gerçəkləşəcək.

"Sabah" 12 xalla qrupda birinci, "Naxçıvan" 11 xalla ikinci pillədə qərarlaşıb. Beşinci olan NTD-nin 7 xalı var. "Neftçi" isə 6 xalla sonuncu - altıncıdır.

B qrupunda bir oyun reallaşacaq. "Lənkəran" səfərdə "Sumqayıt"ın qonağı olacaq. Qarşılaşma Sumqayıt Olimpiya İdman Mərkəzinin meydanında, saat 15:00-da start götürəcək. Hazırda "Lənkəran" 8 xalla beşincidir. Qrup sonuncusu olan "Sumqayıt"ın 7 xalı var.

Qeyd edək ki, turun digər oyunları dekabrın 18-də keçiriləcək.

Orphus sistemi