Anar Sarıyev: Basketbolçularımız Ermənistanla oyunda məsuliyyəti dərk edirdilər

Anar Sarıyev: Basketbolçularımız Ermənistanla oyunda məsuliyyəti dərk edirdilər Uşaqlarda bir az həyəcan var idi. Bu görüşün məsuliyyətini də dərk edirdilər.
Komanda
26 İyul , 2024 11:49
Anar Sarıyev: Basketbolçularımız Ermənistanla oyunda məsuliyyəti dərk edirdilər

Uşaqlarda bir az həyəcan var idi. Bu görüşün məsuliyyətini də dərk edirdilər.

"Report" xəbər verir ki, bunu Azərbaycanın 18 yaşadək oğlanlardan ibarət basketbol millisinin baş məşqçisi Anar Sarıyev Avropa çempionatının C divizionunda Ermənistanı məğlub (76:69) etdikləri matç barədə danışarkən deyib.

Mütəxəssis qarşılaşmaya tam hazır olduqlarını vurğulayıb:

"Oyuna çox yaxşı başladıq. Uşaqları sakitləşdirdik, nəyə görə oynadığımızı başa saldıq. Bütün dünyaya qalib xalq olduğumuzu göstərmişik və yalnız idmançı kimi mübarizə aparmalıyıq. Görüşü qalibiyyətlə bitirdik. Uşaqları təbrik edirəm".

A.Sarıyev iyulun 27-də meydan sahibi Albaniyaya qarşı keçirəcəkləri yarımfinal oyununa da toxunub:

"Rəqibi analiz edəcəyik. Heç vaxt əvvəlcədən danışmağı sevmirəm. Lakin qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik".

Qeyd edək ki, millimizin Albaniya ilə Elbasan şəhərində baş tutacaq qarşılaşması Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi