"Nərimanov" metrostansiyasının çıxışındakı divar üzlüklərinin bərpası işləri tamamlanıb

İnfrastruktur
  • 28 noyabr, 2025
  • 18:09
Nərimanov metrostansiyasının çıxışındakı divar üzlüklərinin bərpası işləri tamamlanıb

Bakı metrosunun "Nərimanov" stansiyasının 4-cü keçid çıxışındakı divar üzlüklərinin bərpası ilə bağlı işlər tamamlanıb.

Bu barədə "Report"a "Bakı Metropoliteni" QSC-dən bildirilib.

Məlumata əsasən, həmçinin görmə məhdudiyyətli sərnişinlərin metrodan daha rahat və təhlükəsiz istifadəsi üçün stansiyada taktil döşəmələr quraşdırılıb.

Pilot layihənin qarşıdakı müddətdə digər stansiyalarda da tətbiqi nəzərdə tutulur.