Hava limanı: İstanbul-Bakı reyslərində problem yoxdur
İnfrastruktur
- 06 yanvar, 2015
- 07:16
Bakı. 6 yanvar. REPORT.AZ/ İstanbulda yağan güclü qara baxmayaraq, İstanbul-Bakı-İstanbul marşrutu ilə yerinə yetirilən aviareyslərdə ciddi problem yaranmayıb. Bu barədə "Report"a "Türk Hava Yolları" aviaşirkətinin Heydər Əliyev Hava Limanında yerləşən ofisindən məlumat verilib.
Ofisdən bildirilib ki, İstanbuldan yerinə yetirilən bir sıra daxili reyslər hava şəraiti ilə əlaqədar təxirə salınıb: "Lakin bu, Bakı, Gəncə və Naxçıvan istiqamətində hərəkət edən təyyarələrin uçuş qrafikinə təsir etməyib. Qara görə cəmi 5-6 reys təxirə salınıb ki, bu da ölkədaxili reyslərdir. Azərbaycana uçuşlarla bağlı heç bir təxirəsalmalar yoxdur".
Qeyd edək ki, Bakıdan İstanbula yerinə yetirilən aviareyslərdə isə təxminən 15-30 dəqiqəlik gecikmələr olub.
Son xəbərlər
03:11
"Forbes": Trampın sərvəti 7 milyard dollara çatıb
Digər ölkələr02:45
Foto
Video
Bakıda avtomobil yanıb
Hadisə02:27
Böyük Britaniya NATO-nun müdafiə bankına qoşulmağı düşünür
Digər ölkələr01:51
ABŞ Nümayəndələr Palatası Trampa qarşı impiçment qətnaməsini rədd edib
Digər ölkələr01:30
Tramp Vaşinqtonda Kennedi Mərkəzinin dərhal bağlanacağını açıqlayıb
Digər ölkələr01:24
Azərbaycan və Pakistanın Serbiyadakı səfirləri regional vəziyyəti müzakirə ediblər
Xarici siyasət01:17
ABŞ İranın blokadası çərçivəsində 103 ticarət gəmisinin marşrutunu dəyişib
Digər ölkələr00:37
Hikmət Hacıyev BƏƏ Prezidentinin müşaviri ilə regionda baş verən son hadisələri müzakirə edib
Xarici siyasət00:35