"DB Cargo Eurasia" Asiya və Avropanın arasında mühüm nəqliyyat marşrutu kimi Orta Dəhlizin inkişafını dəstəkləyəcək

"DB Cargo Eurasia" Asiya və Avropanın arasında mühüm nəqliyyat marşrutu kimi Orta Dəhlizin inkişafını dəstəkləyəcək Asiya, Avropa və MDB ölkələri arasındakı marşrutlarda aparıcı yük dəmiryolu operatoru olan "DB Cargo Eurasia", Orta Dəhlizin inkişafında əhəmiyyətli potensial görür və onun təşviqinə fəal şəkildə kömək etməyə hazırdır.
İnfrastruktur
18 Sentyabr , 2024 16:29
DB Cargo Eurasia Asiya və Avropanın arasında mühüm nəqliyyat marşrutu kimi Orta Dəhlizin inkişafını dəstəkləyəcək

Asiya, Avropa və MDB ölkələri arasındakı marşrutlarda aparıcı yük dəmiryolu operatoru olan "DB Cargo Eurasia", Orta Dəhlizin inkişafında əhəmiyyətli potensial görür və onun təşviqinə fəal şəkildə kömək etməyə hazırdır.

"Report" xəbər verir ki, bunu "DB Cargo Eurasia" şirkətinin biznesin inkişafı şöbəsinin rəhbəri Yinqnan Yao Bakıda "Qara dəniz və Xəzərdə beynəlxalq nəqliyyat dəhlizləri" mövzusunda keçirilən "Qara dəniz-Xəzər Logistika Forumu 2024"də bildirib.

"Şirkətimiz bu marşrutun inkişafını dəstəkləməyi nəzərdə tutur və yüksək keyfiyyət və etibarlılıq standartlarına riayət edən tərəfdaşlarla əməkdaşlıq edəcək", - deyə o qeyd edib.

Xatırladaq ki, Almaniyanın "Deutsche Bahn" konserninin törəmə şirkəti olan "DB Cargo Eurasia" 2022-ci ilin iyun ayından Xəzər və Qara dəniz vasitəsilə Çin və Avropa İttifaqını birləşdirən konteyner qatarlarını işə salıb. Marşrut Qazaxıstan, Azərbaycan və Gürcüstandan keçir, bundan sonra qatarlar "DB Cargo Romania" şirkətinə ötürülür. Daha sonra yük daşımaları Avropanın 18-dən çox ölkəsini əhatə edən "DB Cargo AG" şəbəkəsi üzrə davam edəcək.

2014-cü ildə Azərbaycan, Qazaxıstan və Gürcüstanın iştirakı ilə yaradılan Orta Dəhliz Çindən Avropaya Xəzər dənizi vasitəsilə marşrutları birləşdirir. 2023-cü ildə dəhliz üzrə yük daşımalarının həcmi 2,75 milyon ton təşkil edib ki, bu da 2022-ci illə müqayisədə 64 % çoxdur.

Son xəbərlər

Orphus sistemi