"Cəfər Cabbarlı" metrostansiyasında təmir işləri iyula qədər yekunlaşacaq

"Cəfər Cabbarlı" metrostansiyasında təmir işləri iyula qədər yekunlaşacaq "Bakı Metropoliteni" QSC-nin "Cəfər Cabbarlı" stansiyasında təmir işləri bu ilin I yarısında yekunlaşacaq.
İnfrastruktur
29 Fevral , 2024 15:44
Cəfər Cabbarlı metrostansiyasında təmir işləri iyula qədər yekunlaşacaq

"Bakı Metropoliteni" QSC-nin "Cəfər Cabbarlı" stansiyasında təmir işləri bu ilin I yarısında yekunlaşacaq.

"Report" xəbər verir ki, bunu səhmdar cəmiyyətinin sədr müavini Hidayət Məmmədov qurumun yaradılmasının 10-cu ildönümünə həsr olunmuş "Dəyişməyən dəyərlər, dəyişən imkanlar" mövzusunda panel konfransında bildirib.

"Stansiyada artıq üzlük işlərinə başlamışıq. Stansiya divarlarında, orta zalda müvafiq işlər gedir", - deyə o əlavə edib.

Metro rəsmisi eyni zamanda "Həzi Aslanov" stansiyasında iki mərhələli təmir işlərinin aparılacağını bildirib: "İlk öncə stansiyadan çöldə divarların bərkidilməsi və qazma işləri aparılacaq. Daha sonra müəyyən məhdudiyyətlər tətbiq edilməklə, hərəkət üçün bağlamamaq şərtilə stansiyanın digər dalanında əsaslı təmir işləri aparılacaq. Yəni qatarların stansiyaya gediş-gəlişi təmin ediləcək, sadəcə dalanın hərəkəti məhdudlaşdırılacaq".

Son xəbərlər

Orphus sistemi