BMT-nin İnkişaf Proqramının Azərbaycandakı nümayəndə heyəti Bakı Limanında olublar

BMT-nin İnkişaf Proqramının Azərbaycandakı nümayəndə heyəti Bakı Limanında olublar BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Alessandra Rokkasalvonun rəhbərlik etdiyi BMT-nin İnkişaf Proqramının Azərbaycandakı nümayəndə heyəti Bakı Limanına səfər edib.
İnfrastruktur
23 İyul , 2024 23:11
BMT-nin İnkişaf Proqramının Azərbaycandakı nümayəndə heyəti Bakı Limanında olublar

BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Alessandra Rokkasalvonun rəhbərlik etdiyi BMT-nin İnkişaf Proqramının Azərbaycandakı nümayəndə heyəti Bakı Limanına səfər edib.

"Report" xəbər verir ki, bu barədə Bakı Limanının mətbuat xidməti məlumat yayıb.

Qonaqları Bakı Limanının Baş direktoru Taleh Ziyadov qarşılayıb. Müzakirələr zamanı Bakı Limanının davamlı inkişaf təşəbbüslərini sürətləndirmək üçün ətraf mühitin mühafizəsi və ESG layihələrində tərəfdaşlığın gücləndirilməsinə diqqət yetirilib. Bildirilib ki, Bakı Limanı Azərbaycandan 2022-ci ildə BMT-nin Qlobal Sazişinə qoşulan və “Gündəlik 2030”a töhfə verən ilk dövlət qurumdur.

Dənizçilik sahəsində qadınların rolunun artırılması və SDG Təsirin ölçülməsi mexanizmlərinin yaradılması kimi mövzular da müzakirə edilib. Qarşılıqlı əməkdaşlıq edərək Ələt icmasını sosial və peşə proqramlarına cəlb etmək üçün birgə resurslardan istifadə olunması planlaşdırılıb.

Son xəbərlər

Orphus sistemi