Bakıda bir sıra yollarda hərəkət qismən məhdudlaşdırılacaq

Bakıda bir sıra yollarda hərəkət qismən məhdudlaşdırılacaq Sabah saat 09:00-dan etibarən Bakının Səbail rayonunda - Mehdi Hüseyn, Teymur Elçin, Cəfərov qardaşları küçələrində (Mehdi Hüseyn küçəsindən Mixail Lermontov küçəsinə qədər) və Salyan şosesində (Bibiheybət şosesindən Lökbatan dairəsinə qədər) təmir işləri
İnfrastruktur
14 İyun , 2024 15:04
Bakıda bir sıra yollarda hərəkət qismən məhdudlaşdırılacaq

Sabah saat 09:00-dan etibarən Bakının Səbail rayonunda - Mehdi Hüseyn, Teymur Elçin, Cəfərov qardaşları küçələrində (Mehdi Hüseyn küçəsindən Mixail Lermontov küçəsinə qədər) və Salyan şosesində (Bibiheybət şosesindən Lökbatan dairəsinə qədər) təmir işlərinə başlanılacaq.

"Report" bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, təmir müddətində sözügedən hissələrdə işlərin aparıldığı zolaqlar üzrə hərəkət qismən məhdudlaşdırılaraq digər zolaqlara yönləndiriləcək.

"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir müddətində sözügedən hissələrdə hərəkətdə olarkən diqqətli olmaları, təmir ərazilərində qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur",- deyə məlumatda qeyd edilib.

Son xəbərlər

Orphus sistemi