Bakı metrosunda sərnişin axını 5 % artıb

İnfrastruktur
  • 03 mart, 2026
  • 18:39
Bakı metrosunda sərnişin axını 5 % artıb

Bu ilin fevral ayında "Bakı Metropoliteni" QSC 17 milyon 642 min 798 sərnişinə xidmət göstərib.

Bu barədə "Report"a səhmdar cəmiyyətindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,9 % çoxdur.

Ay ərzində ən çox istifadə olunan stansiya "Koroğlu" olub. Fevralda bu stansiyadan 1 milyon 575 min 464 nəfər istifadə edib ki, bu da ümumi sərnişinlərin 8,9 %-ni təşkil edib.

Məlumata görə, NFC ilə ödənişlərdə artım davam edir. Ötən ay bu üsulla 6 milyon 117 min 003 ödəniş həyata keçirilib. Bu göstərici bütün ödənişli keçidlərin 30 %-nə bərabərdir. Yanvarla müqayisədə NFC-yə üstünlük verən sərnişinlərin sayı 980 min 812 nəfər artıb.

"Əlçatan metro" xidməti çərçivəsində fevral ayında 162 sifariş icra olunub. Bu, ötən ilin eyni ayı ilə müqayisədə 13,5 % çoxdur.