Qətər İrana qarşı döyüş əməliyyatlarında iştirakını təkzib edib - YENİLƏNİB

Digər ölkələr
  • 03 mart, 2026
  • 20:41
Qətər İrana qarşı döyüş əməliyyatlarında iştirakını təkzib edib - YENİLƏNİB

Qətər Xarici İşlər Nazirliyi (XİN) İrana qarşı döyüş əməliyyatlarında iştirakını təkzib edib.

"Report" xəbər verir ki, bu barədə Qətər XİN-in rəsmi nümayəndəsi Məcid əl-Ənsari "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Qətər Dövləti İrana qarşı müharibədə iştirak etmir, lakin özünümüdafiə və ölkəyə qarşı İran təcavüzünün qarşısını almaq üzrə qanuni hüququnu həyata keçirir", - o yazıb.

Ənsari həmçinin yalnız Qətər dövlət orqanlarının rəsmi bəyanatlarına inanmağa çağırıb.

Qətər Silahlı Qüvvələri İran ərazisinə zərbələr endirib.

"Report" xəbər verir ki, bu barədə diplomatik mənbələrə istinadən "The Jerusalem Post" qəzeti məlumat yayıb.

Qeyd olunub ki, bu, Dohanin Tehranı mülki infrastruktura hücum cəhdində ittiham etməsi fonunda baş verib. Qətər cavab zərbəsi endirəcəyi barədə xəbərdarlıq etmişdi.

Nəşr bildirib ki, İran hökuməti hələlik zərbə ilə bağlı heç bir şərh verməyib.

Son xəbərlər

Bütün Xəbər Lenti