Azərbaycanda bir neçə müntəzəm avtobus marşrutu üzrə keçirilən müsabiqənin qalibləri məlum olub

İnfrastruktur
  • 20 oktyabr, 2023
  • 07:21
Azərbaycanda bir neçə müntəzəm avtobus marşrutu üzrə keçirilən müsabiqənin qalibləri məlum olub

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) müsabiqəyə çıxardığı Bakı-Şabran, Bakı-Siyəzən, Bakı-Ağcabədi, Bakı-İmişli, Sumqayıt-Quba şəhərlərarası, Mingəçevir 12 nömrəli şəhərdaxili, paytaxtın 108A və 169 nömrəli şəhərətrafı, 33 nömrəli şəhərdaxili, 567, 592 və 596 nömrəli şəhərətrafı müntəzəm avtobus marşrutları üzrə qalibləri müəyyən edib.

"Report" AYNA-ya istinadən xəbər verir ki, qaliblər aşağıdakılardır:

“Bakı-Şabran-Bakı” marşrutu üzrə fiziki şəxs Qasımov Telman Əli oğlu;

“Bakı-Siyəzən-Bakı” marşrutu üzrə fiziki şəxs Qurbanov Azad Məmmədhüseyn oğlu;

“Bakı-Ağcabədi-Bakı” marşrutu üzrə fiziki şəxs Soltanov Səbuhi Adil oğlu;

“Bakı-İmişli-Bakı” marşrutu üzrə iki fiziki şəxs – Mustafayev Bakir Ayaz oğlu və Bayramova Ülviyyə Fəzail qızı;

Sumqayıt-Quba-Sumqayıt marşrutu üzrə fiziki şəxs – Abbasov Hüseyn Əliabbas oğlu və hüquqi şəxs “Sumqayıt-Nəqliyyat -1” MMC;

Mingəçevir 12 nömrəli şəhərdaxili müntəzəm avtobus marşrutu üzrə fiziki şəxs Mustafayev Pərviz Biləndər oğlu;

Bakının 108A nömrəli şəhərətrafı müntəzəm marşrutu üzrə hüquqi şəxs “BakuBus” MMC;

Bakının 169 nömrəli şəhərətrafı müntəzəm marşrutu üzrə hüquqi şəxs “Bus Trans” MMC;

Bakının 33 nömrəli şəhərdaxili müntəzəm marşrutu üzrə hüquqi şəxs “BakuBus” MMC;

567 nömrəli şəhərətrafı müntəzəm marşrutu üzrə hüquqi şəxs “ENA Transport” MMC;

592 nömrəli şəhərətrafı müntəzəm marşrutu üzrə hüquqi şəxs “Xaliq Faiqoğlu” MMC;

596 nömrəli şəhərətrafı müntəzəm marşrutu üzrə fiziki şəxs Orucov Malik Ələkbər oğlu.

Onlar komissiya üzvlərindən ən çox bal əldə edərək qalib elan olunublar.

Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 3 aprel 2009-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil olunub.