Azərbaycan vətəndaşları Türkiyədə ev alışını 35 % azaldıb
- 16 oktyabr, 2023
- 09:30
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan vətəndaşları Türkiyədə 642 mənzil alıblar.
“Report”un Türkiyənin Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 346 mənzil və ya 35 % azdır.
Təkcə sentyabr ayında isə Azərbaycan vətəndaşları qardaş ölkədə 98 mənzil alıb ki, bu da 2022-ci ilin eyni ayı ilə müqayisədə 17 mənzil və ya 14,8 % azdır.
Bu ilin 9 ayı ərzində Türkiyədə xarici vətəndaşlara 28 282, ötən ay isə 2 958 mənzil satılıb. Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq 43,6 % və 72,5 % azdır.
Türkiyədə ən çox mənzil alanlar Rusiya vətəndaşları olub. Onlara yanvar-sentyabrda 8 683, ötən ay isə 722 mənzil satılıb.
Növbəti yerdə İran vətəndaşları qərarlaşıb. Bu ölkədən olanlar ötən ay Türkiyədə 327, bu ilin 9 ayında isə 3 598 mənzil alıb.
İlk 3-lüyü İraq vətəndaşları tamamlayıb. Bu ölkənin vətəndaşları Türkiyədə sentyabrda 191, 2023-cü ilin 9 ayında isə 1 599 mənzilə sahib olub.