Azərbaycan və Çin beynəlxalq multimodal daşımaların inkişafına dair Sazişin imzalanmasını sürətləndirəcək

Azərbaycan və Çin beynəlxalq multimodal daşımaların inkişafına dair Sazişin imzalanmasını sürətləndirəcək Azərbaycan və Çin beynəlxalq multimodal daşımaların inkişafına dair Sazişin imzalanması prosesini sürətləndirməyə hazırdır.
İnfrastruktur
3 İyul , 2024 19:18
Azərbaycan və Çin beynəlxalq multimodal daşımaların inkişafına dair Sazişin imzalanmasını sürətləndirəcək

Azərbaycan və Çin beynəlxalq multimodal daşımaların inkişafına dair Sazişin imzalanması prosesini sürətləndirməyə hazırdır.

"Report" xəbər verir ki, bu barədə Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində iyulun 3-də qəbul olunan “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”də əksini tapıb.

Tərəflər həmçinin iki ölkənin inkişaf strategiyalarının birləşdirilməsini gücləndirməyə, “Bir kəmər, bir yol” çərçivəsində bütün sahələrdə praktiki əməkdaşlığı dərinləşdirməyə hazır olduqlarını bildirirlər.

Bundan başqa, Azərbaycan və Çin öz ərazilərindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin təhlükəsizliyinin və fasiləsiz fəaliyyətinin təmin edilməsi məsələlərinin həllində bir-birinin səylərini dəstəkləyəcək, milli qanunvericilik və ikitərəfli sazişlər çərçivəsində tranzit daşımalar üçün əlverişli şərait yaradacaqlar.

Son xəbərlər

Orphus sistemi