Azərbaycan Dənizlə yüklərin daşınması haqqında Beynəlxalq Konvensiyaya qoşulmaq istəyir

Azərbaycan Dənizlə yüklərin daşınması haqqında Beynəlxalq Konvensiyaya qoşulmaq istəyir Azərbaycan Dənizlə yüklərin daşınması haqqında Beynəlxalq Konvensiyaya qoşulmaq istəyir.
İnfrastruktur
14 May , 2024 18:31
Azərbaycan Dənizlə yüklərin daşınması haqqında Beynəlxalq Konvensiyaya qoşulmaq istəyir

Azərbaycan Dənizlə yüklərin daşınması haqqında Beynəlxalq Konvensiyaya qoşulmaq istəyir.

“Report” xəbər verir ki, bu, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyasının sərhəddə ticarət üzrə dövlət xidmətlərinin səmərəliliyinin artırılması ilə bağlı 2024-cü il üçün Yol Xəritəsində əksini tapıb.

Qeyd edilib ki, dənizlə yüklərin daşınması haqqında Beynəlxalq Konvensiyaya (Hamburq qaydaları-1978) qoşulma imkanlarının təhlil olunmalı, ilkin qiymətləndirmə aparılmaqla nəticələri barədə müvafiq təkliflərlə birlikdə Komissiyaya məlumat verilməlidir.

Təkliflər bu ilin iyun ayınadək Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Xarici İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi və Ədliyyə Nazirliyi (özəl sektor cəlb edilməklə) tərəfindən hazırlanmalıdır.

Son xəbərlər

Orphus sistemi