CEV Çempionlar Liqası: "Turan" komandası qrupdakı ilk oyunda məğlub olub

İdman
  • 25 noyabr, 2026
  • 23:40
CEV Çempionlar Liqası: Turan komandası qrupdakı ilk oyunda məğlub olub

Qadın voleybolçulardan ibarət "Turan" komandası CEV Çempionlar Liqasının D qrupunda ilk oyununa çıxıb.

"Report"un məlumatına görə, Azərbaycan təmsilçisi İtaliyada "Savino Del Bene" klubunun qonağı olub.

Florensiya şəhərində təşkil olunan qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb - 3:1.

Xatırladaq ki, "Turan" D qrupunda Türkiyənin "Eczaçıbaşı" və Serbiyanın "Tent" komandaları ilə də üz-üzə gələcək.

44 filmi