Azərbaycan ABŞ ilə Zəngəzur dəhlizinin açılması istiqamətində əməkdaşlığı müzakirə edib
İnfrastruktur
- 10 sentyabr, 2025
- 18:29
Azərbaycan və ABŞ arasında Zəngəzur dəhlizinin fəaliyyətə başlaması istiqamətində əməkdaşlıq imkanları nəzərdən keçirilib.
Bu barədə "Report"a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.
Bildirilib ki, bu müzakirələr nazir Rəşad Nəbiyev və ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri Bürosunun yüksək vəzifəli rəsmisi Brenden Hanrahan ilə keçirilən görüşdə aparılıb.
Görüşdə 8 avqust tarixində Vaşinqtonda imzalanmış sənədlər əsasında görüləcək işlər, eləcə də ölkələr arasında nəqliyyat, tranzit, süni intellekt, rəqəmsal infrastruktur, kibertəhlükəsizlik və digər sahələrdə əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Həmçinin Orta Dəhlizin potensialının artırılması da nəzərdən keçirilib.
Son xəbərlər
16:18
Nazirlik rəsmisi: "Heyvandarlıqda nağd vəsait dövriyyəsinin zəifliyi əsas problemlərdən biridir"
ASK16:18
Azərbaycanın 4 klubu qış fasiləsində hazırlığı Türkiyədə keçəcək - SORĞU
Futbol16:16
Rusiya və İranın Zəngəzur dəhlizi oyunu - iqtisadi faydadan geosiyasi maneəyə - ŞƏRH
Analitika16:15
Azərbaycanda süd məhsullarının istehsalçılarına subsidiyalar veriləcək
ASK16:13
Nazirlik rəsmisi: "Gön-dərinin toplanılması ilə bağlı çətinliklər var"
ASK16:12
TÜİB sədri: Zəlzələ bölgəsi Adıyamanda bir küçəyə Azərbaycan adı veriləcək
Xarici siyasət16:09
Premyer Liqa: Təxirə salınmış "Sabah" - "Qarabağ" matçının hakim təyinatları açıqlanıb
Futbol16:09
Azərbaycanda heyvandarlığa investisiyaları stimullaşdırmaq üçün yeni maliyyə mexanizmləri olacaq
ASK16:08