Bakıda Ağa Nemətulla və Çaykovski küçələrinin kəsişməsində hərəkət yenidən təşkil edilib
- 25 yanvar, 2025
- 14:17
Bakının Nərimanov rayonunun Ağa Nemətulla küçəsi ilə Çaykovski küçəsinin kəsişməsində hərəkət yenidən təşkil edilib.
“Report” xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi sosial şəbəkədə məlumat yayıb.
“Ağa Nemətulla – Çaykovski – Orucəliyev küçələri istiqamətində sürücülər sağa hərəkət edərək Heydər Əliyev prospektinə çıxa bilərlər”, – agentliyin paylaşımında qeyd olunub.
Xatırladaq ki, daha əvvəl agentlik 62, 217 və 569 nömrəli avtobus marşrutları üzrə müsabiqənin qaliblərini müəyyən etdiyini açıqlamışdı.
Nərimanov rayonu, Ağa Nemətulla küçəsinin Çaykovski küçəsi ilə kəsişməsində hərəkət yenidən təşkil edilib.
— Azerbaijan Land Transport Agency - AYNA (@azetransport) January 25, 2025
️ Ağa Nemətulla-Çaykovski-Orucəliyev küçələri istiqamətində sürücülər sağa hərəkət edərək Heydər Əliyev prospektinə çıxa bilərlər.#AYNA pic.twitter.com/AiAyuw82OZ