Xalq artisti Roza Cəlilova vəfat edib
İncəsənət
- 19 noyabr, 2025
- 10:20
Xalq artisti xoreoqraf-baletmeyster Roza Cəlilova vəfat edib.
Bu barədə "Report"a ailəsindən məlumat verilib.
Qeyd edək ki, Roza Cəlilova 17 may 1929-cu ildə Qubada anadan olub. 1947-ci ildə Bakı Xoreoqrafiya məktəbini bitirib. Opera və Balet Teatrında və Azərbaycan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblında fəaliyyət göstərib. 1965–1975-ci illərdə ansamblın rəqs qrupuna rəhbərlik edib.
1989-cu ildə yaratdığı "Gülüstan" Mahnı və Rəqs Ansamblı ilə xarici ölkələrdə çıxışlar edərək şöhrət qazanıb.
Onun repertuarında Azərbaycanın milli rəqsləri ilə bərabər ərəb, fars, hind və bir sıra başqa xalqların rəqsləri də böyük yer tutub.
17 sentyabr 2007-ci ildə Xalq artisti adı ilə, 16 may 2019-cu ildə isə "Şöhrət" ordeni ilə təltif olunub.
Son xəbərlər
21:59
Yaşar Güler: Türkiyənin beynəlxalq nüfuzu və təsir gücü daha da artır
Region21:44
"Neftçi" yoxlama oyununda Serbiya klubunu məğlub edib
Futbol21:40
Biləsuvarın bəzi ərazilərində işıq kəsiləcək
Energetika21:36
Qalibaf: Müharibəyə hazır olanlar ABŞ ilə danışıqlar apara bilər
Region21:14
Video
Dənizdə batan qızın axtarışlarına FHN-in helikopteri cəlb olunub
Hadisə21:11
Azərbaycan ilə Meksika əməkdaşlığı möhkəmləndirmək istəyir
Xarici siyasət21:00
İran növbəti həftə ABŞ ilə danışıqlar aparılacağı barədə xəbərləri təkzib edib - YENİLƏNİB
Digər ölkələr20:58
Vuçiç parlament seçkiləri təyin edildikdən sonra istefa vermək niyyətində olduğunu açıqlayıb
Digər ölkələr20:51