Bakı. 8 oktyabr. REPORT.AZ/ Azərbaycan istehsalı olan “Nabat” və “Axınla aşağı” bədii filmləri Avstriyada LET’S CEE Beynəlxalq Film Festivalının əsas müsabiqə proqramında nümayiş olunur.
"Report" xəbər verir ki, Mərkəzi və Şərqi Avropanın yüksək bədii təsviri ilə seçilən filmlərinin yer aldığı festival oktyabrın 1-də Vyanada başlayıb və ayın 11-dək davam edəcək.
Oktyabrın 9-da festivalda Azərbaycan kinosu günü keçiriləcək.
Həmin gün Azərbaycan filmlərinin nümayişi olacaq. Bununla yanaşı, Azərbaycan nümayəndə heyətinin festivalda iştirak edən avropalı kinoprodüserlər, jurnalistlər və tənqidçilərlə görüşü nəzərdə tutulub.
Festivalda "Azərbaycanfilm" kinostudiyasının direktoru Müşfiq Hətəmov və kinostudiyanı təmsil edən nümayəndələr iştirak edir.
LET’S CEE festivalı yeni layihələri təqdim etmək üçün prodüserlərə əlverişli imkan yaradır.
Qeyd edək ki, “Nabat” və “Axınla aşağı” filimləri