Rusiyanın teatr aktyoru intihar edib
İncəsənət
- 14 may, 2015
- 09:54
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 14 may. REPORT.AZ/ Rusiya Akademik Gənclər Teatrının aparıcı aktyoru 38 yaşlı Stepan Morozov bu gün intihar edib. "Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, aktyor özünü yaşadığı evin eyvanından yerə atıb.
Aktyorun ölümü ilə bağlı Rusiyanın hüquq-mühafizə orqanları istintaqa başlayıb.
İlkin versiyaya görə, aktyor mayın 14-də səhər saat 5-də yaşadığı evin eyvanından düşüb. Hazırda araşdırma aparılır.
Stepan Morozov 1977-ci ildə anadan olub.
Rusiya Akademik Gənclər Teatrının aparıcı aktyoru olan Stepan Morozov bu gün yeni tamaşanın premyerasında çıxış etməliymiş. Gənc aktyorun baş rolda çıxış edəcəyi tamaşa, onun ölümünə görə təxirə salınıb.
Son xəbərlər
05:18
Niderland "Ostin" fırtınasına hazırlaşır
Digər ölkələr
04:49
ABŞ Hərbi Dəniz Qüvvələri gəmilərdə süni intellekt sisteminin tətbiqinə 25 milyon dollar ayırıb
Digər ölkələr
04:15
Rubio və Rütte Qara dənizdə təhlükəsizliyi müzakirə ediblər
Digər ölkələr
03:50
Tramp yanacağın bahalaşmasına qarşı Koreya müharibəsi dövrünün qanununu tətbiq edib
Digər ölkələr
03:27
Antonelli ABŞ Qran-prisində "Formula-1" tarixinin ən gənc çempionu ola bilər
Formula 1
02:40
Azərbaycan BMT-də din və əqidə azadlığı üzrə xüsusi məruzəçiyə etiraz edib
Xarici siyasət
02:21
KTMT baş katibi: Ermənistan faktiki olaraq təşkilatdan çıxıb
Region
01:40
Avropanın beş lideri Rusiya ilə danışıqlar üçün namizəd göstərilir
Digər ölkələr
01:04
Avropa Liqası: "Ararat" və "Lillestrem" darmadağın edilib
Futbol