"Qara Bağ" filminin çəkilişləri başa çatıb

"Qara Bağ" filminin çəkilişləri başa çatıb Filmin təqdimat mərasimi yaxın aylarda keçiriləcək
İncəsənət
7 Yanvar , 2015 14:43
Qara Bağ filminin çəkilişləri başa çatıb

Bakı.7 yanvar. REPORT.AZ/ Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınan “Qara Bağ” bədii filminin çəkilişləri yekunlaşıb.

"Report" xəbər verir ki, bu barədə məlumatı "Azərbaycanfilm" Kinostudiyası yayıb.

“Azərbaycanfilm” Kinostudiyasının elan etdiyi “yenifilm.az” gənclər üçün ssenari müsabiqəsinin qalibi - Amil Məmiyevin eyniadlı ssenarisi əsasında çəkilən ekran əsərinin quruluşçu rejissoru A.Məmiyev özü, quruluşçu operatoru Rauf Qurbanəliyev, quruluşçu rəssamı Əziz Məmmədov, bədii rəhbəri Cəmil Quliyev, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur. Filmdə rolları Vidadi Əliyev, Elxan Abbasov, Rasim Cəfərov, Ayşad Məmmədov, Məzahir Həşimov, Svetlana Əliyeva, Səbinə Məmmədzadə və Soltan Əhməd canlandırırlar.

Dram janrında olan qısametrajlı filmin çəkilişləri Bakı şəhərində və Hacıqabul rayonunun Qızıl Burun qəsəbəsi yaxınlığındakı qaçqın şəhərciyində aparılıb.

“Filmin adının “Qara Bağ” olmasının heç də təsadüfi olmadığını" deyib. “Qara Bağ” dilək ağacına bağlanan qara düyünlər mənasındadır və Azərbaycanın əbədi-əzəli torpağı olan Qarabağla bağlı hadisələr onun vasitəsilə filmin ümumi kontekstinə köçürülür. Film məcburi köçkünlərin hal-hazırkı yaşayış tərzlərini, Qarabağ həsrətini bir sıra metaforik simvollarla realizə edir", - A.Məmiyev deyib.

Son xəbərlər

Orphus sistemi