Naxçıvanda Türkiyə Konsulluğu və Rəssamlar Birliyinin təşkilatçılığı ilə rəsm müsabiqəsi keçirilib

Naxçıvanda Türkiyə Konsulluğu və Rəssamlar Birliyinin təşkilatçılığı ilə rəsm müsabiqəsi keçirilib Naxçıvanda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının və Türkiyənin Cümhuriyyətinin 100 illiyi münasibətilə şagirdlər arasında rəsm müsabiqəsi keçirilib.
İncəsənət
19 Dekabr , 2023 00:44
Naxçıvanda Türkiyə Konsulluğu və Rəssamlar Birliyinin təşkilatçılığı ilə rəsm müsabiqəsi keçirilib

Naxçıvanda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının və Türkiyənin Cümhuriyyətinin 100 illiyi münasibətilə şagirdlər arasında rəsm müsabiqəsi keçirilib.

“Report”un yerli bürosu xəbər verir ki, Türkiyənin Naxçıvandakı Baş Konsulluğu və Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin təşkilatçılığı və muxtar respublikanın Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən “İki dövlət, bir millət” rəsm müsabiqəsində ümumilikdə 70 rəssamın 75 əsəri sərgilənib.

Münsiflər heyəti dostluğumuzu, qardaşlığımızı, qəhrəmanlığımızı, ortaq dəyərlərimizi, ölkələrimizin gözəlliklərini rəngarəng boyalarla əks etdirən rəsmləri qiymətləndirib, qaliblər müəyyənləşib.

İlk yerin qalibi Qızlar Liseyinin 6-cı sinif şagirdi Əsmər Mütəllimova olub. Müsabiqənin sonunda yer tutan gənc istedadlar diplom və pul mükafatı ilə mükafatlandırılıb.

Son xəbərlər

Orphus sistemi