"Axınla aşağı" filmi “Ən yaxşı tammetrajlı debüt film” mükafatını qazanıb

"Axınla aşağı" filmi “Ən yaxşı tammetrajlı debüt film” mükafatını qazanıb Los Ancelesdə Amerika Kino Akademiyasının xüsusi dəstəyi ilə festival keçirilib
İncəsənət
8 May , 2015 12:33
Axınla aşağı filmi “Ən yaxşı tammetrajlı debüt film” mükafatını qazanıb

Bakı. 8 may. REPORT.AZ/ Azərbaycanın “Axınla aşağı” bədii filmi ABŞ-ın Los Anceles şəhərində keçirilən SEEfest beynəlxalq film festivalında “Ən yaxşı tammetrajlı debüt film” mükafatına layiq görülüb. "Report" xəbər verir ki, bu barədə məlumatı "Azərbaycanfilm" Kinostudiyası yayıb.

Festival Amerika Kino Akademiyasının xüsusi dəstəyi ilə keçirilir və seçilmiş Avropa filmlərinin ABŞ-da tanınmasına xidmət edir. Filmin nümayişində və mükafatların təqdim olunma mərasimində quruluşçu rejissoru Asif Rüstəmov iştirak edib.

"Axınla aşağı" bədii filmi Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə 2014-cü ildə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb. Filmin ssenari müəllifləri Asif Rüstəmov və Otar Pertaxia, quruluşçu operatoru Ayxan Salar, quruluşçu rəssamı Rafiz İsmayılov, bəstəkarı Xəyyam Mirzəzadə, icraçı prodüseri Nadir Əliyev, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə baş rolları Namiq Ağayev, Mehriban Zəki, Aleksandra Andrejevska, Teymur Məmmədov və digərləri canlandırıb.

Qeyd edək ki, filmin dünya premyerası 1263 kino mütəxəssisinin - ümumilikdə 12 min 433 akkreditasiya olunmuş ziyarətçinin qatıldığı nüfuzlu Karlovy Vary Beynəlxalq Film Festivalı (Çexiya) çərçivəsində “East of the West” müsabiqə proqramında gerçəkləşib.

Son xəbərlər

Orphus sistemi