Bakı. 3 noyabr. REPORT.AZ/ Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi xalq artistləri Bəşir Səfəroğlunun 90 və Afaq Bəşirqızının 60 illik yubileyi münasibətilə sərgi hazırlayıb.
Bu barədə "Report"a Teatr Muzeyindən məlumat verilib.
Sərgi noyabrın 7-də Musiqili Teatrda təqdim ediləcək.
Belə ki, həmin gün Azərbaycan Dövlət Musiqili Teatrında xalq artisti Afaq Bəşirqızının 60 illik yubileyi münasibətilə "Toya bir gün qalmış" komediyasının nümayişi olacaq.
Tamaşadan əvvəl teatrın foyesində Teatr Muzeyinin əməkdaşlarının hazırladığı fotosərginin də təqdimatı keçiriləcək.
Sərgidə hər iki sənətkarın ömür və sənət yolundan bəhs edən fotoşəkillər, sənədlər yubiley iştirakçılarının ixtiyarına veriləcək.