Belarus və Özbəkistan teatrlarının solistləri Opera və Balet Teatrında çıxış edəcək

Belarus və Özbəkistan teatrlarının solistləri Opera və Balet Teatrında çıxış edəcək Fevralın 4-də teatrda C.Puççininin “Boqema” operasının tamaşası keçiriləcək
İncəsənət
25 Yanvar , 2017 09:59
Belarus və Özbəkistan teatrlarının solistləri Opera və Balet Teatrında çıxış edəcək

Bakı. 25 yanvar. REPORT.AZ/ Akademik Opera və Balet Teatrında fevralın 4-də C.Puççininin “Boqema” operasının tamaşası keçiriləcək.

Bu barədə "Report"a teatrın mətbuat xidmətindən məlumat verilib.

Tamaşada teatrın aparıcı solistlərindən əməkdar artistlər Afaq Abbasova (Mimi), İnarə Babayeva (Müzetta), xalq artisti Əli Əsgərov (Alsindor), solistlərdən Tural Ağasıyev (Şonar), Tələt Hüseynov (Kollen) çıxış edəcəklər.

Məlumata görə, teatr rəhbərliyi tamaşada iki əsas partiyanı ifa etmək üçün Belarus və Özbəkistan teatrlarının solistlərini Bakıya dəvət edib. Belarus Milli Akademik Böyük Opera və Balet Teatrının solisti Vladimir Qromov səhnə əsərində Marsel partiyasını ifa edəcək. Özbəkistanın xalq artisti, Ə.Nəvai adına Böyük Opera və Balet Teatrının solisti Ramiz Usmanov ilk dəfə Bakıya dəvət olunub. R.Usmanov “Boqema” operasında Rudolf partiyasını səsləndirəcək.

Tamaşanın dirijoru xalq artisti Cavanşir Cəfərovdur.

Son xəbərlər

Orphus sistemi