CEV Çempionlar Liqası: "Xilasedici" III təsnifat mərhələsinin cavab oyununda uduzub

Komanda
  • 27 noyabr, 2026
  • 01:14
CEV Çempionlar Liqası: Xilasedici III təsnifat mərhələsinin cavab oyununda uduzub

Kişi voleybolçulardan ibarət "Xilasedici" komandası CEV Çempionlar Liqasında növbəti oyununu keçirib.

"Report"un məlumatına görə, III təsnifat mərhələsinin cavab matçında səfərdə Sloveniyanın "ACH Volley Lyublyana" klubunun qonağı olan Azərbaycan təmsilçisi rəqibinə uduzub - 1:3 (23:25, 25:23, 15:25, 18:25).

Xatırladaq ki, Bakıda keçirilən ilk oyunda da "Xilasedici" 1:3 hesabı ilə məğlub olub.