Bakı. 1 aprel. REPORT.AZ/ Azərbaycanın əməkdar artisti, Dövlət Akademik Opera və Balet Teatrının solisti, Azərbaycan Milli Konservatoriyanın müəllimi Təyyar Bayramov martın 27-30-da Rusiya Federasiyasının Başqırdıstan Respublikasında keçirilən "Зов Урала" adlı xalq musiqi orkestr və ansambllarının beynəlxalq müsabiqəsində 1-ci yerə layiq görülüb.
"Report" xəbər verir ki, bu barədə məlumat Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və İctimaiyyətlə Əlaqələr şöbəsindən verilib.
Müsabiqədə Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Tacikistan, Tatarıstan, Belarusiya, Rusiya Federasiyasının vilayətləri və digər ölkələr iştirak edib.
Müsabiqə ümumilikdə 500 nəfər tərkibdən ibarət olub.
Azərbaycan Nümayəndə heyətinin tərkibində əməkdar artist Təyyar Bayramovu tarda Rəşad İbrahimov, kamanda isə Təbriz Yusifov müşayiət edib.